Sosial şəbəkədə biz:

Bərdədə ailənin 14-cü uşağı oldu

31 October 2016, 14:21
Gündəm
Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib. " Azinforum.az " APA-ya istinadən xəbər verir ki, rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öncə doğulsa da, ailə bunu gizli saxlayıb. Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: “13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum əqrəbanın, dost-tanışın yanında utandırdılar”. Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb. Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir. Bərdədə ailənin 14-cü uşağı oldu