Sosial şəbəkədə biz:

Neft kəskin ucuzlaşdı

03 November 2016, 10:29
Gündəm
Dünya bazarında neftin qiymətində qeyri-stabillik davam edir. AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39 dollar artaraq 45,73 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,54 dollar azalaraq 47,40 dollar olub. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,56 dollar və yaxud 3,24% azalıb. "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,58 dollara bərabər olub.