Sosial şəbəkədə biz:

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq planı imzalandı

03 November 2016, 20:31
Gündəm
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti “Azərbaycan-Pakistan İşçi Qrupunun 7-ci Görüşü”ndə iştirak etmək məqsədilə Pakistan İslam Respublikasına səfər edib. Azinforum.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib. Tədbirin yekununda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikasının Birləşmiş Qərargahı arasında ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb. Qeyd edək ki, yüksək rütbəli heyətlərinin iştirakı ilə İşçi Qrupunun görüşü hər il növbəli qaydada Azərbaycanda və Pakistanda keçirilir.