Sosial şəbəkədə biz:

ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni baş həkim təyin olunub

04 November 2016, 11:06
Gündəm
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında kadr təyinatı olub. Universitetdən Azinforum.az-a verilən məlumata görə, Rauf Ağayev klinikaya yeni baş həkim təyin edilib. ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev bu gün yeni baş həkimi kollektivə təqdim edib. Qeyd edək ki, yeni baş həkim R.Ağayev Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının professorudur.