Sosial şəbəkədə biz:

"Bunu edən banklar sərt cəzalandırılacaq" – RƏSMİ

04 November 2016, 12:00
Gündəm
“İndiki həssas dövrdə hər hansı bank valyuta əməliyyatlarının aparılması zamanı qanunvericiliyinin tələblərinə əməl etməsə sərt cəzalandırılacaqdır”. Bunu jurnalistlərə Mailyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Asalnalı bildirib. “Biz bu barədə banklara xəbərdarlıq məktubu göndərmişik. Hansı bank tələblərə əməl etməsə, tənzimləyici olaraq ən sərt tədbirləri görəcəyik”,- o deyib. Rüfət Aslanlı valyuta əməliyyatı qanunvericiliyinin pozulması hallarına rast gələn vətəndaşlardan, faktlar üzrə Palataya müraciət etməyi xahiş edib. (Marja.az)