Sosial şəbəkədə biz:

"Zorladıqdan sonra məni 300 minə satdılar" - Hicablı qadın

04 November 2016, 12:19
Gündəm
İŞİD əsirliyindən xilas olan Zeynəb adlı qadının söylədikləri dünya gündəmini zəbt edib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, təcavüzə uğradığını söyləyən qız başına gələnləri bu cür danışıb: `Əsgərlər bizi birinci Telaferə, sonra da Mosula, oradan da Suriyanın Rakka kəndində saxladılar. Burada məni Əbu-cəfər adlı bir əsgərə satdılar. Əbu-cəfərin həyat yoldaşı qorxdu ki, həyat yoldaşını əlindən alaram, məni döyməyə başladı`. Zeynəb digər əsgərlərin də ona təcavüz etdiyini bildirib. O, Əbu-cəfərin onu İŞİD-in Səudiyyə liderlərindən Əbu-Hali-əl Harbiyə 130 min dollara satdığını açıqlayıb: `Mənim üçün niyə bu qədər çox məbləğ ödəyirsən soruşanda isə onun cavabı məni şoka saldı. "Ərəb dilini bildiyin, Qurani-Kərimi oxuduğun və ev işlərini yaxşı bacardığın üçün sənə görə bu qədər yüksək məbləğ ödənilir" dedilər`.