Sosial şəbəkədə biz:

Azərbaycan əhalisinin banklardakı əmanəti azalıb

04 November 2016, 21:41
Gündəm
Bu il, oktyabrın 1-nə Azərbaycan əhalisinin banklardakı əmanəti 7 813,9 mln. manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 118 mln. manat və yaxud 1,5% azdır. Bank əmanətlərinin məbləği ilin əvvəlinə nisbətən 1,66 mlrd. manat və yaxud 17,5% azalsa da, son 1 ildə 502,1 mln. manat və yaxud 6,9% artıb.