Sosial şəbəkədə biz:

TÜRKİYƏDƏ XOCALI QURBANLARININ XATİRƏSİNƏ  SALINAN PARK AÇILDI – VİDEO

05 November 2016, 11:15
Gündəm
Azinforum.az xəbər verir ki, noyabrın 4-də Türkiyənin Dənizli Böyük Şəhər Bələdiyyəsi “Xocalı” qətliamının anımına inşa edilən “Azərbaycan-Qarabağ” parkının  açılış mərasimini təşkil edib. Dənizli bələdiyyə sədri 1992-ci ilin 25 fevral gecəsi yaşanan Xocalı qətialmının anımı üçün bir park və abidə inşa etdirib. Ali Marım bulvarında yaradılan “Azərbaycan-Qarabağ” parkı insanlıq tarixinə qara bir ləkə olaraq keçən Xocalı qətliamının unudulmaması üçün qurulub. Parkda Xocalı qətliamında həyatını itirən 613 nəfərin xatirəsinə abidə də tikilib. “Azərbaycan-Qarabağ” parkının Dənizli Böyük Şəhər Bələdiyyə sədri Osman Zolan və Azərbaycanın millət vəkili Qənirə Paşayevanın iştirakı ilə  açılışı həyata keçirilib. ŞƏLALƏ CƏSUR, AZİNFORUM.AZ   de4   den3 den2   den1denizli