Sosial şəbəkədə biz:

BVF: 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4% artacaq

05 November 2016, 17:17
Gündəm
Beynəlxalq Valyuta Fondu 2016-cı ildə Azərbaycan iqtisadiyyatının (ümumdaxili məhsul istehsalı) 2,4% azalacağını proqnozlaşdırır. APA xəbər verir ki, bu barədə IMF-in oktyabr ayı üzrə icmalında deyilir. Fondun analitikləri bildirir ki, iqtisadi azalmanın əsas səbəbi dünya bazarında neftin kəskin ucuzlaşmasıdır. Bununla yanaşı, icmalın müəllifləri qeyd edir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı növbəti illərdə iqtisadi artıma səbəb olacaq. "Neftin qiymətinin stabilləşməsi və milli valyutanın rəqabətqabiliyyətli olması iqtisadi artıma təkan verə bilər". BVF 2017-ci ildə Azərbaycanda 1,4% səviyyəsində iqtisadi artım gözləyir.