Sosial şəbəkədə biz:

Cəbhədə atəşkəs 23 dəfə pozulub

06 November 2016, 09:58
Gündəm
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub. Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, işğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.