Sosial şəbəkədə biz:

HDP Türkiyə parlamentində fəaliyyətini dayandırdı

06 November 2016, 13:29
Gündəm
Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) parlamentdə fəaliyyətini dayandırıb. APA-nın verdiyi məlumata görə, HDP bu gün bu barədə qərar qəbul edib. Qeyd edək ki, terror fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində partiyanın iki həmsədri də daxil olmaqla, HDP-nin 9 deputatı həbs edilib. Onu da qeyd edək ki, HDP Türkiyə Böyük Millət Məclisində deputatlarının sayına görə üçüncü partiyadır.