Sosial şəbəkədə biz:

Ermənistan barışığı pozdu: Naxçıvanda mülki vətəndaşımız yaralandı

06 November 2016, 13:33
Gündəm
Ermənilər Naxçıvanda mülki vətəndaşımızı yaralayıb. Bizimyol.info xəbər verir ki, dünən saat 14:30 radələrində, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərəbad qəsəbəsində öz avtomobili ilə hərəkət edən İbrahimov Ayxan Nürəddin oğlu ermənilərin açdığı atəş nəticəsində yaralanıb. Dərhal xəstəxanaya çatdırılan A.İbrahimovun vəziyyətinin kafi olduğu bildirilir.