Sosial şəbəkədə biz:

AİB-in vitse-prezidenti Azərbaycana gəlir

06 November 2016, 15:07
Gündəm
Noyabrın ortalarında Asiya İnkişaf Bankının (AİB) əməliyyat məsələləri üzrə vitse-prezidenti Vensay Janqın Bakıya səfəri gözlənilir. Bu barədə Trend-ə AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov məlumat verib. Onun sözlərinə görə, vitse-prezidentin səfərinin dəqiq tarixi və gündəliyi məlum deyil. Səfər çərçivəsində qurumun 50 illiyinə həsr olunmuş mətbuat konfransı keçiriləcək. AİB 1966-cı ildə yaradılıb və 67 üzvü var.