Sosial şəbəkədə biz:

Ərəb turist Bakının mərkəzində gəzdiyi yerdə öldü

07 November 2016, 15:51
Gündəm
<
Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb. Lent.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi 61 ünvanının qarşısında - "Torqovı" məhəlləsi adlanan yerdə baş verib. BƏƏ vətəndaşı, 1963-cü il təvəllüdlü Abdulla Xatın İbrahim yeriyərkən qəfil halı pisləşib və yıxılıb. Təcili tibbi yardım briqadası gəlincə, o keçinib. Ölüm faktı ilə bağlı araşdırma aparılır. A.İbrahimin Bakıya turist kimi gəldiyi bildirilir.ə