Sosial şəbəkədə biz:

EY SEVGİLİ BAYRAĞIM - ŞƏMSİ VƏFADAR

08 November 2016, 15:03
Gündəm
                        Neçə–neçə şəhidin qanından yoğrulmusan, Bütün aləm bilir ki, sən haqdan doğrulmusan, İllərin atəşinə dözmüsən, qovrulmusan, Üstündəki ay–ulduz yolumdakı çırağım. Ey sevgili bayrağım... ******* Sən harda dalğalansan ora nura bələnər, Səni hara taxsalar ora uğur ələnər, Sən olduğun yerlərə nur, bərəkət çilənər, Sənə yaraşıq verir elim, obam, torpağım. Ey sevgili bayrağım... ******* Dünyada ən qiymətli qızılımsan, dürümsən, Sən mənim qibləgahım, sən mənim and yerimsən, Sənə səcdə edirəm, ocağımsan, pirimsən, Sən harda varsan ora mənim yurdum, oylağım. Ey sevgili bayrağım... ******* Arzum budur dalğalan hər şəhərdə, hər kənddə, Təbrizdə, Zəngəzurda, Borçalıda, Dərbənddə, Qarabağda, Şuşada, Xocalıda, Xankənddə, Dəyməsin torpağıma bir düşmən ayağı. Ey sevgili bayrağım... ******* Əgər qurbanın olsam onda xoşbəxt olaram, Əgər kəfənim olsan yeri cənnət olaram, Mən səni enən görsəm saralaram, solaram Gəlir ellər, obalar səcdənə axın–axın. Ey sevgili bayrağım... ******* Mən bilirəm ki, səni vəsf etmək çox çətindi, Səni yenilməz edən ölməyən qüdrətindi, Sən harda dalğalansan ora bu millətindi, Zirvələrdə ucal sən, qoy yayılsın sorağın. Ey sevgili bayrağım... Şəmsi Vəfadar