Sosial şəbəkədə biz:

“Petkim”in istehsal həcmi dünyada 20 ölkənin ÜDM-dən çoxdur” - Anar Məmmədov

09 November 2016, 15:45
Gündəm
“Petkim”in istehsal həcmi dünyada 20 ölkənin ümumdaxili məhsulundan (ÜDM) çoxdur". Bunu "Petkim"in baş direktoru Anar Məmmədov Türkiyədə keçirilən “Dizayn və İnnovasiya Sammiti”ndə (Design&Innovation Summit) çıxışında bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun ərazisi dünyanın bir sıra dövlətlərinin ərazisindən böyükdür: “Əgər biz “Petkim”i ölkə kimi götürsək, onun ərazisi 12 ölkənin ərazisindən böyükdür. Biz 50-dən artıq məhsul istehsal edirik və 2500-dən artıq müştəri ilə çalışırıq. Gündəlik elektrik istehlakımız 1 mln. ABŞ dolları civarındadır. Hər gün biz 19 min ton su istehlak edirik. Hər il 3 mln. tondan çox neft-kimya məhsulları istehsal edirik və 500 dən artıq gəmi ilə idxal-ixrac əməliyyatları həyata keçiririk”. (report)