Sosial şəbəkədə biz:

Binəli Yıldırım Dövlət Baxçalı ilə görüşəcək

09 November 2016, 17:01
Gündəm
Türkiyənin baş naziri Binəli Yıldırım yeni konstitusiyanın müzakirəsi ilə bağlı bu gün Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyə Nazirlər Kabinetinin məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, baş nazir yeni konstitusiyanı müzakirə etmək üçün Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğluna da çağırış edib.