Sosial şəbəkədə biz:

Xərçəng xəstəsi özünü xəstəxananın 5-ci mərtəbəsindən atdı

11 November 2016, 12:53
Gündəm
Ağır xəstəlikdən əziyyət çəkən kişi Bakıda müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. "Report"un xəbərinə görə, Milli Onkologiya Mərkəzində müalicə olunan Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Arif Əliyev özünü xəstəxananın 5-ci mərtəbəsindən yerə atıb. Ağır xəsarət alan Arif Əliyev orada ölüb. Məlumata görə, o, xərçəng xəstəliyindən əziyyət çəkdiyində görə xəstəxanaya yerləşdirilib. Güclü ağrılara dözməyən Arif Əliyev intihar edib.