Sosial şəbəkədə biz:

Novruz Məmmədov: "Azərbaycan etibarli əllərdədir"

"Azərbaycanın dövlətçilik tarixində ən mühüm günlərdən biridir. Təməl prinsiplərini Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan etibarli əllərdədir". Azinforum.az bildirir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Milli Qurtuluş Günü ilə bağlı Twitter səhifəsində yazıb. N.Məmmədov qeyd edib ki, vətənini sevən hər bir azərbaycanlı tarixi nailiyyətlərimiz ilə fəxr edir: "Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir". Xatırladaq ki, Azərbaycanda iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd edilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol