Sosial şəbəkədə biz:

Lider TV cəbrayıllı Seymuru ingilis Ceyms kimi təqdim etdi

"Lider" telekanalında dünan yayımlanın bir süjet cəmiyyətdə gülüş obyektinə çevrilib. Moderator.az-ın verdiyi xəbərə görə, telekanal Mingəçevir avarçəkmə mərkəzindən Avropa Oyunları ilə bağlı hazırladığı reportajda cəbrayıllı məcburi köçkün Seymur Səfərovu ingilis turisti Ceyms Bonar kimi təqdim edib. Seymur Səfərov ingilis dilinin, necə deyərlər, qol-qabırğasını sındıra-sındıra Azərbaycandan, ölkəmizin yeməklərindən ağız dolusu danışaraq Azərbaycan xalqını mükəmməl insanlar adlandırıb. Qeyd edək ki, son günlər ölkə telekanallarında əcnəbi turistləri telekamera önündə danışdırmaq və ölkəmizi təriflətdirmək tendensiyasi güclənib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol