Sosial şəbəkədə biz:

ABŞ səfiri İqbal Ağazadə ilə görüşdü

16 June 2015, 18:49
Gündəm
Bu gün Ümid Partiyasının  Mərkəzi Qərargahında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Ümid Partiyasının sədri, millət vəkili iqbal Ağazadə ilə görüşüb.
ABŞ səfirliyinin Siyasi İşlər üzrə müşaviri Syuzan Çesli, Ümid Partiyası sədrinin birinci müavini Ənvər  Ağazadə və sədrin Beynəlxalq Əlaqələr üzrə müavini Ramin Hacılının iştirakı ilə keçirilən görüşdə ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Ümid Partiyasının Mətbuat Xidməti