Sosial şəbəkədə biz:

Laçınlı məcburi köçkünlər Ermənistana qarşı beynəlxalq məhkəməni uddu

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını aciqlayib. Bu barədə vəkil Anar Bağırov məlumat verib. Vəkil bildirib ki, məhkəmənin qərarına əsasən, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub. Amma maddi kompensasiya ilə bağlı sual açıq qalıb. Daha dəqiq desək, məhkəmə bu məsələni həll etmək üçün tərəflərə 12 ay vaxt verib. Qeyd edək ki, "Çıraqov və başqaları Ermənistana qarşı" işi 2005-ci ilin aprelində baxılmaq üçün məhkəməyə təqdim olunub. Bu iş 1992-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Laçın rayonunda doğma ocaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlərin 2005-ci ilin aprelində qaldırdıqları iddia əsasında icraata qəbul olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol