Sosial şəbəkədə biz:

Qazyumov finalda: Əliyev rusa qarşı - Canlı yayım

17 June 2015, 13:45
Gündəm
Bu gün Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışları keçiriləcək.   Axar.az xəbər verir ki, yarışlarda 4 güləşçimiz qüvvəsini sınayacaq.   57 kq çəki dərəcəsində Yaşar Əliyev 1/8 finalda fransalı Zuxeyr Ouarraqe ilə qarşılaşacaq.   65 kq  çəki dərəcəsində Toğrul Əsgərov 1/16 finalda rusiyalı İlyas Bekbulatovla görüşəcək.   74 kq çəki dərəcəsində Cəbrayıl Həsənov 1/8 finalda macar Mixail Naqi ilə qüvvəsini sınayacaq.   97 kq çəki dərəcəsində təmsilçimiz Xetaq Qazyumov 1/16 finalda polşalı Radoslav Baran ilə görüşəcək.   10:27   65 kq çəki dərəcəsində Toğrul Əsgərov 1/16 finalda rusiyalı İlyas Bekbulatovla görüşüb. O, gərgin keçən görüşdə rəqibini 3-1 məğlub edib.   10:37   Təmsilçimiz Xetaq Qazyumov 1/16 finalda polşalı Radoslav Baran ilə görüşüb. O, rəqibini 4-0 məğlub edib.   10:54   Yaşar Əliyev 1/8 finalda fransalı Zuxeyr Ouarraqe ilə qarşılaşıb. O, rəqibini 3-1 məğlub edib. Yaşar Əliyev 1/4 finalda erməni Qarik Barseqyanla qarşılaşacaq.   11:19   Sərbəst üsulla güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov 1/8 finalda moldovalı Mixail Sava ilə görüşüb. O, rəqibini 4-0 məğlub edib.   11:31   Cəbrayıl Həsənov 1/8 finalda macar Mixail Naqi ilə qüvvəsini sınayıb. O, rəqibini 4-0 məğlub edib.   12:19   Cəbrayıl Həsənov 1/4 finalda türkiyəli Soner Dəmirdaşla görüşüb. O, rəqibinə 5-0 məğlub olub.   12:22   Təmsilçimiz Xetaq Qazyumov 1/8 finalda moldovalı Nikolay Ceban ilə görüşüb. O, rəqibini 3-0 məğlub edib.   12:33   Yaşar Əliyev 1/4 finalda erməni Qarik Barseqyanla qarşılaşıb. O, rəqibini 3-1 məğlub edib.   13:03   Təmsilçimiz Xetaq Qazyumov 1/4 finalda bolqar İbrahim Səidau ilə görüşüb. O, rəqibini 3-1 məğlub edib və yarımfinala yüksəlib.   13:06   Toğrul Əsgərov 1/4 finalda fransalı Maksim Fique ilə görüşüb. O, rəqibini 4-0 məğlub edib və yarımfinala yüksəlib.   13:32   Təmsilçimiz Xetaq Qazyumov yarımfinalda rus Əbdüsalam Qadisovla görüşüb. O, rəqibini 3-1 məğlub edib və finala yüksəlib.