Sosial şəbəkədə biz:

Azərbaycanlı biznesmen Moskvada özünü asdı

30 December 2016, 09:02
Gündəm
Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan vətəndaşı intihar edib. Criminal.az bildirir ki, həmin şəhərdə yaşayan azərbaycanlıların verdikləri məlumata görə, Mehman adlı gənc ''Kuzminka'' parkında özünü asıb. Mehman bir neçə gün əvvəl yoxa çıxıb. Yaxınları onu axtarsalar da, tapa bilməyiblər. Üç gün sonra isə parkda ağacdan asılmış meyiti aşkarlanıb. Şamaxı rayonun sakini olan Mehman Moskvadakı bazarlardan birində bizneslə məşğul idi. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.