Sosial şəbəkədə biz:

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövründədir

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövründədir
Xəbər Şəkli
24 September 2026, 10:10
Siyasət

"Beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövrü yaşayır".

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev IV Bakı Təhlükəsizlik Forumunda çıxışında deyib.

O, ənənəvi mexanizmlərin yeni təhdidlərə çevik cavab verə bilmədiyini və etibarlı tərəfdaşlığın zəruriliyini qeyd edib.

Təhlükəsizliyin artıq yalnız sərhədlərin qorunmasından ibarət olmadığını açıqlayan DTX rəhbəri davam edən münaqişələrin regional proseslərə, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təsir etdiyini nəzərə çatdırıb.