Sosial şəbəkədə biz:

Tramp İstanbuldakı terrordan danışdı - “Bu, bir qorxu nümayişidir”

04 January 2017, 16:03
Gündəm
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Türkiyədə baş verən terror hadisəsindən danışıb.Qafqazinfo” Hürriyet qəzetinə istinadən xəbər verir ki, prezident Florida ştatındakı Mar-a-Lago malikanəsində verdiyi Yeni il şənliyində çıxış edib. Tramp 800 qonağın qatıldığı gecədə “Reina”dakı qanlı faciəylə bağlı fikir bildirib. O, qaçqınların ABŞ-a girməsinin qarşısını almaq üçün Meksika sərhədinə divar hördürəcəyindən söyləyib, daha sonra terrorla bağlı şərh verib: “Biz güclü sərhədlərə sahib olacağıq. İnsanlar ölkəmizə qanuni yollarla gələcək. Bizim istədiyimiz kimi… Divardan danışmışkən, Türkiyədə baş verən hadisə ilə bağlı xəbəriniz var? O gecə böyük bir fəalkət yaşandı. Çox, həm də çox insan öldü. Orada ciddi bir şeylər baş verir. Bu, bir qorxu nümayişidir”.