Sosial şəbəkədə biz:

Qardaş bacısını daşla döyə-döyə öldürüb... - Dəhşətli qətlin üstü açıldı

04 January 2017, 16:16
Gündəm
Daxili İşlər Nazirliyi (DİN) 2012-ci ildən itkin düşmüş Lənkəran rayon sakini Təranə Ağayevanın qardaşı Fuad Ağayev tərəfindən döyülərək qətlə yetirilməsi haqqında məlumat yayıb.
Mia.az nazirliyə istinadən xəbər verir ki, 2012-ci iyun ayının 17-də Lənkəran rayon sakini T.Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxıb və geri qayıtmayıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.
T.Ağayevanın cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.