Sosial şəbəkədə biz:

Erməni katolikos Türkiyədən Əsədə şikayət etdi

05 January 2017, 10:52
Gündəm
Ermənilərin Kilikiya kilsəsinin katolikosu I Aram Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, görüş Suriya prezidentinin iqamətgahında baş tutub. Məlumata əsasən, tərəflər arasında görüş bir saatdan artıq davam edib. Əsəd katolikosu Suriya daxilində mövcud durum barədə məlumatlandırıb. Görüş zamanı I Aram Türkiyənin regionda, xüsusilə Suriyada mənfi rol oynadığını vurğulayıb. Erməni katolikosu, həmçinin tezliklə Suriyada sülh prosesinin başlayacağına ümid etdiyini bildirib.