Sosial şəbəkədə biz:

Təcili tibbi yardıma 2800-dən çox müraciət edilib

05 January 2017, 11:13
Gündəm
Bayram günlərində təcili tibbi yardıma 2800-dən çox müraciət daxil olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, ən çox müraciət 31 dekabr tarixində olub. “Adi günlərdə 200-dən çox insan müraciət edirdisə, bayram günlərində bu rəqəm 2500-2800 civarında dəyişib. Bayram günlərində müraciətlərin sayının artması poliklinikaların fəaliyyət göstərməməsi və əhalinin də poliklinika xidmətlərinə görə təcili tibbi yardıma müraciət etməsi ilə bağlıdır”.