Sosial şəbəkədə biz:

Bayramda rayonlara axın kəskin artıb

05 January 2017, 11:27
Gündəm
Bayram ərəfəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 51 mindən çox sərnişin daşınıb. Bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib. O bildirib ki, Bakı Beynəlxalq Avtovağzalından dekabrın 28-dən 31-dək 1957 reyslə 51349 sərnişin daşınıb. Ən çox sərnişin sayı dekabrın 30-da müşahidə olunub. Belə ki, dekabr ayının 30-da Avtovağzalda 608 reyslə 16525 sərnişin daşınması həyata keçirilib.