Sosial şəbəkədə biz:

"Azərbaycanda artıq nə "narkobaron" var, nə də "vorzakon""

Daxili İşlər Nazirliyi Bakıda "narkobaron" bıçaqlanması ilə bağlı mətbuatda yayılmış məlumata münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov milli.az-a açıqlamasında deyib ki, bəzi mətbuat oranlarında "narkobaron" və ya "vorzakon" bıçaqlanması ilə bağlı yayılanlar şişirtmədir. Rəis müavininin sözlərinə görə, Azərbaycanda cinayətkarlığa qarşı aparılan ciddi mübarizənin nəticəsidir ki, artıq ölkədə nə "narkobaron" var, nə də "vorzakon". Onların kökü 1994-cü ildə kəsilib. Suraxanıda baş verən hadisəyə gəlincə, E.Zahidov qeyd edib ki, həmin rayonun polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində bir nəfərdən heroin götürülüb. Aparılan tədbirlərin davamı olaraq müəyyən edilib ki, ona narkotik maddəni satan Aydın Bağırov və onun ögey oğlu Ənvər Məmmədovdur. Onların hər ikisi əvvəllər məhkumluq həyatı yaşayıb. Polisin onları yaxalayacağını hiss edib özlərinə bıçaqla xəsarət yetiriblər. Onların bütün cəhdlərinə baxmayaraq, polis onları zərərsizləşdirib. Evlərinə baxış zamanı 330 qrama yaxın heroin götürülüb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, müalicə olunurlar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol