Sosial şəbəkədə biz:

 Putin arvadından danışdı: "Münasibətimiz yaxşıdı"

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda xarici KİV rəhbərləri ilə görüşü zamanı şəxsi həyatından danışıb.
Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, Putin bəzən gecə saat 2-dək yatmadığını və ailəsi ilə ən xırda detallar haqda danışdığını deyib.
Kreml başçısı keçmiş arvadı Lyudmila və qızları Mariya və Yekaterina ilə yaxşı münasibətlərdə olduğunu da söyləyib. Şəxsi planlarından söz açan Putin deyib: “Mənim gələcək üçün planlarım var. Ancaq mən qaydasındayam”.
Xatırladaq ki, Vladimir Putin Lyudmiladan rəsmən ayrıldığı haqda 2013-cü ilin iyununda bəyan edib. Onlar təxminən 30 il nikahda olublar. İki qızları var. O zaman Vladimir və Lyudmila bildirmişdilər ki, dost kimi qalmaq istəyirlər.
Etiraflarına görə, onlar bir müddətdir artıq bir yerdə yaşamırlar və dostluq münasibətlərini saxlayırlar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol