Sosial şəbəkədə biz:

Bakıda keçmiş rəis müavini intihar etdi

25 January 2017, 11:38
Gündəm
Dünən saat 21 radələrində Bakının Binəqədi rayonu, S.S.Axundov küçəsi 31/23 ünvanında ölüm hadisəsi baş verib. Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, 7-ci mikrorayon sakini, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. O, yerindəcə ölüb. Verilən məlumata görə, R. Quliyev keçmiş polis əməkdaşıdır, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.(apa)