Sosial şəbəkədə biz:

Yazıçı Anarın müşavirinə qarşı 68 min manatlıq DƏLƏDUZLUQ

26 January 2017, 20:57
Gündəm
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın müşaviri, AYB-nin Mənzil Komissiyasının sədri Rauf Aslanov dələduzluqla üzləşib. R.Aslanov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin aprel ayında və 2015-ci ilin fevral ayında 1969-cü il təvəllüdlü Şəmsi Mirzə onu aldadaraq müvafiq olaraq 30 min manat və 20 min ABŞ dollar pulunu alıb. Hadisə Səbail rayonunda qeydə alınıb. R.Aslanov report-a açıqlamasında məlumatı təsdiqləyib, lakin açıqlama vermək istəmədiyini deyib. Faktla bağlı araşdırma aparılır. (Report)