Sosial şəbəkədə biz:

Ötən il Azərbaycanda 4528 zəlzələ olub

27 January 2017, 21:03
Gündəm
2016-cı ildə Respublika Seysmoloji Xidmət Mərkəzinin 35 daimi rəqəmsal stansiyaların məlumatları əsasında 10104 yeraltı təkan qeydə alınıb. Zəlzələlərdən 4528-i Azərbaycanda, 3616-sı sərhədə yaxın və 1960-ı isə uzaqda baş verib. Yeraltı təkanların müşahidə edildiyi ən aktiv zona isə Şamaxı-İsmayıllı zonasıdır. Bu rəqəmləri Azərtac-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli açıqlayıb. Son bir neçə ildə ən çox zəlzələ 2015-ci ildə baş verib və 4800 təkan qeydə alınıb. Bu da onu deməyə əsas verir ki, ötən il baş verən zəlzələlərin sayında əvvəlki ilə nisbətən azalma müşahidə olunub.