Sosial şəbəkədə biz:

İki azyaşlı uşaq anası özünü öldürmək istədi

30 January 2017, 14:13
Gündəm
Salyan rayonunun Xalac kəndində intihara cəhd hadisəsi baş verib. Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, kənd sakini, 1988-ci ildə anadan olmuş, 2 azyaşlı uşaq anası Hüseynova Şəfəq Vaqif qızı sirkə turşusu içərək intihara cəhd edib. Hazırda xəstənin vəziyyəti ağırdır. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi deyilir. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.