“Var-yoxumu söyürlər, necə susum?” – Müsahibə
“Məni o bataqlığa Samir Bağırov saldı” Stilist Samir Əliyev (Samiraldo) “Qafqazinfo”nun suallarını cavablandırıb: - Bu ilin yayında hansı geyimlər dəbdə olacaq? - Bu il Azərbaycanda idman bayramıdır, bütün dünyanın gözü ölkəmizdə olacaq. Bu mövsüm sport, rəngarəng və gen geyimlər dəbdə olacaq. İnsanlar nə qədər gen geyimlər geyinsələr, özlərini rahat hiss edərlər. Biz Azərbaycansayağı geyinməyə öyrəşmişik. Bu yay Avropasayağı geyinməliyik. İnsanlarımız rahat, idman üslubunda geyinə bilərlər. Rəngbərəng, güllü-çiçəkli parçadan olan geyimlər insana pozitiv enerji verir. Ölkəmiz gözəlləşdiyi üçün insanlarımız qara libasdan çıxmalıdır. Gözoxşayan rəngdə geyimlər avropalıların da, özümüzün də xoşuna gələcək. İnsanlar yüksək əhval-ruhiyyədə olmaq istəyirlərsə, rəngarəng geyimlərə üstünlük versinlər. - Azərbaycan xanımlarına nə məsləhət görürsünüz? - Azərbaycan xanımları özlərini dartmasın, görməmişlik etməsin. Bizim xanımlar yeməyi xoşlayırlar. Onlara məsləhət görürəm ki, bədən formalarını qorusunlar. Qadın arıq olmaya bilər, amma bədənini formada saxlamalıdır. - Qadınların üzünü, dodaqlarını şişirtməsi, burunlarını eyni formada kəsdirməsi artıq dəb halını alıb. Münasibətiniz necədir? - O qadınlar zövqsüzdür. Dodaqda əyrilik olanda formaya salmaq üçün korreksiya etdirə bilərlər. Korreksiya etdirmək ayrı, dodağı formadan çıxacaq dərəcədə şişirtmək ayrı məsələdir. İndi böyük dodaqlar dəbdə deyil, dünyanın heç yerində translar da dodaqlarını o qədər şişirtmirlər. Qalın qaşlar bu il dəbdədir. Qaşları karandaşla düzəltmək olar, amma qaşın yerinə tatuaj etmək yaxşı hal deyil. Gələcəyi də düşünsünlər. - 2015-ci ilin ən zövqlü qadın və kişi müğənnisi kimdir? - Aygün Kazımova bu il ən zövqlü qadın müğənnisidir. Kişilərdən isə Elnur Hüseynov zövqlə geyinir. Qalan müğənnilər isə mənim üçün zövqsüzdür. - Nə vaxtsa, geyimləri ilə bağlı müğənnilərə irad tutmusunuz? - Mən iradı sifarişlə demirəm. Bəyənmədiklərimi söyləyirəm, heç kimdən qorxmuram. Falçılara gedib mənim dilimi-ağzımı, yolumu bağlatdırırlar, bütün günü cadu etdirirlər. Mən düzgünlüyü sevən insanam. Mənim tənqidlərimdən sonra müğənnilərin əksəriyyəti geyimlərinə fikir verməyə başlayıb. Onlar bilsinlər ki, efirə çıxanda onlara milyonlarla insan baxır. Saçlarına, geyim və makyajlarına fikir versinlər. Baxımsız olanda özlərinə yox, tamaşaçıya hörmətsiz davranmış olurlar. - Bayaq bildirdiniz ki, şəkilləriniz cadugarların, falçıların əlində gəzir. Caduya, fala inanırsınızmı? - Əlbəttə inanıram. Evimdə elektron alətlər xarab olanda bilirəm ki, böyük işlərim alınmayacaq. Dərhal o layihəmi bir müddətlik təxirə salıram. Məni sevməyən insanlar çoxdur. İnsanlara deyə bilmərəm ki, mənə paxıllıq etməyin. - Paxıllıq etmələrinin səbəbi nədir? - Mən Samiraldoyam, birdənəyəm, mənim tayım-bərabərim yoxdur. İmkanı olan adamlar var ki, pul verib efirə çıxırlar, müsahibə verirlər. İnsanları həm qıcıqlandıran, həm maraqlandıran insanam. Mənə qarşı paxıllıq var. Elə şeyləri vecimə almıram.
- Samiraldo sonuncu dəfə şəxsi həyatından danışanda nişanlısından ayrıldığını demişdi. Şəxsi həyatınızda dəyişiklik varmı?
