Sosial şəbəkədə biz:

Rusiyada başından güllələnən avtoritetin nəşi Azərbaycana gətirildi

01 February 2017, 15:16
Gündəm
Xəbər verdiyimiz kimi, Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb. "Report" xatırladır ki, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb. Belə ki, Surqut şəhərində "Kafe Rus" iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq ("sxodka") olub. Avtoritetlər arasında mübahisə düşüb. Nəticədə Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başından güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb. S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib. Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır.