Sosial şəbəkədə biz:

Ermənistanda polis xalqın tərəfinə keçdi

Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyaları davam edir. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, nümayişçilər Barqamyan prospektini tərk etmək imtina edirlər. Artıq elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına Ermənistanın bir çox şəhər və cəmiyyətləri də qoşulub. *    *     * 10:36 Ermənistan polisinin rəhbəri Vladimir Qasparyan gecəyarısı İrəvanın mərkəzində elektrik enerjisi qiymətlərinin bahalaşdırılmasına qarşı təşkil olunan mitinqin keçirildiyi əraziyə gəlib. "Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, o, polis əməkdaşları ilə danışıqlar aparıb. "Qasparyan polis əməkdaşları ilə danışıqlar aparır, hər hansı bir bəyanat olmayıb, mitinq davam edir", — deyə məlumatda bildirilib. Əlaqələndirmə qrupunun üzvü Vaqinak Şuşanyan, həmçinin jurnalistlərə bildirib ki, Ermənistanın polis rəisi nümayişçiləri dəstəklədiyini bəyan edib.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol