Sosial şəbəkədə biz:

Türkiyədə ağır yol qəzası baş verib, 40 avtomobil toqquşub

06 February 2017, 12:43
Gündəm
Türkiyənin Konya şəhərində 40 avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. 
 
“Report” “Anadolu” agentlyinə istinadən xəbər verir ki, hadisə Konya-Ankara avtomobil yolunun 8-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, Konya-Ankara avtomobil yolunun Aksaray körpüsü qovşağı yaxınlığında meydana gələn qəza zamanı 1 şəhərlərarası sərnişin avtobusu, 1 bələdiyyə avtobusu, 5-i fəhlələri daşıyan olmaqla, 7 avtobus, fəhlələri daşıyan 8 mikroavtobus, 1 TIR, 3 böyük yük avtomobili və müxtəlif markalı daha 20 maşın toqquşub.
Qəza nəticəsində 9 nəfər yaralanıb.
İnformasiyaya əsasən, güclü duman və yolun buz bağlaması qəzaya səbəb olub.