Sosial şəbəkədə biz:

Vasif Talıbov yeni sərəncamlar imzaladı

06 February 2017, 23:14
Gündəm
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 6 fevral 2017- ci il tarixli Sərəncamı ilə Xalid Səməd oğlu İsgəndərov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib. Ali Məclis Sədrinin həmin tarixli növbəti Sərəncamı ilə Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin olunub. Xatırladaq ki, Səbuhi Məmmədov indiyədək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.