Sosial şəbəkədə biz:

RATİ-yə qarşı məhkəmə prosesi başlayır

İyulun 1-də Bakı İqtisad Məhkəməsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna qarşı iddia üzrə hazırlıq iclası keçirilib. İddianı Vergilər Naziriyi qaldırıb. Nazirlik RATİ-ni vergidən yayınmaqda ittiham edir. Bu barədə Turan-a RATİ-nin hüquqşünası Günay İsmayılova bildirib. İttihamın konkret detalları məlum deyil. Xatırladaq ki, RATİ 2014-cü ilin avqustunda hakimiyyət tərəfindən qapadılıb. Bu QHT-nin ofisində axtarış aparılıb, sənədlər və kompüterlər götürülüb. Sonradan cinayət işi qaldırılıb və istintaq RATİ rəhbərliyinin qanunsuz sahibkarlıq, vergidən yayınma hallarına yol verdiyini bəyan edib. RATİ rəhbəri Emin Hüseynov 2015-ci il iyunun 12-dək İsveçrə səfirliyində gizlənib və sonradan bu ölkədə sığınacaq alaraq oraya gedib


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol