Sosial şəbəkədə biz:

İran erməni separatçılarının konsertinə icazə verməyib

08 February 2017, 23:13
Gündəm
Qondarma “DQR”in “Artsaxın səsi” adlı musiqi qrupunun İrandakı konserti ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Azinforum.az xəbər verir ki, bunu APA-nın Tehran bürosuna İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin Musiqi və İncəsənət şöbəsindən bildiriblər: “Bu məlumat kökündən yanlışdır. İran qondarma Dağlıq Qarabağ Respublikasından olan hər hansı musiqi qrupuna ölkədə çıxış etmək üçün icazə verməyib”.