Sosial şəbəkədə biz:

Arif Hacılının oğlu siyasi sığınacaq alıb?

10 February 2017, 11:03
Gündəm
"Müsavat" Partiyasının başqanı Arif Hacılının oğlunun Polşa Respublikasında siyasi sığınacaq alması barədə məlumat yayılıb. Yayılmış xəbəri dəqiqləşdirmək üçün Müsavat Partiyasının başqanı Arif Hacılı ilə əlaqə saxladıq. Arif Hacılı "Ölkə.Az"-a bildirdi ki, yayılan xəbərlər yalandır. Müsavat Partiyası başqanının sözlərinə görə, oğlu heç bir yerə getməyib. Əlavə olaraq Arif Hacılı bildirdi ki, oğlum hal-hazırda Bakıdadır. Qeyd edək ki, yayılan məlumata əsasən, "Müsavat" başqanının oğlu bir müddət əvvəl Polşanın müvafiq orqanlarına müraciət edib və ona 2016-cı ilin sonlarında siyasi sığınacaq verildiyi deyilir.