Sosial şəbəkədə biz:

Bakıda iki kişi özünü bıçaqladı - İntihar məqsədilə

10 February 2017, 17:16
Gündəm
Bakıda iki nəfər intihara cəhd edib. “ Azinforum.az ” ın Report-a istinadən xəbərinə görə, hadisələrdən biri Nizami, digəri Xətai rayonunda qeydə alınıb. Belə ki, Nizami rayonunun Nəsimi küçəsindəki evlərdən birində yaşayan 1983-cü il təvəllüdlü Samir Fərzəliyev intihar etmək məqsədi ilə özü-özünə iki bıçaq xəsarəti yetirib. Xətai rayonunun İ.İsmayilov küçəsindəki evlərdən birində yaşayan 1950-ci il təvəllüdlü Nəriman Sultanov da intihar etmək məqsədi ilə özü-özünə bıçaq xəsarəti yetirib. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. Hər iki faktla bağlı araşdırma aparılır.