Sosial şəbəkədə biz:

Türkiyədə referendumun vaxtı məlum oldu

11 February 2017, 14:28
Gündəm

Türkiyədə Konstitusiya dəyişikliyi barədə referendumun vaxtı açıqlanıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yüksək Seçim Qurumu sədri Sədi Güvən bildirib ki, ölkədə Konstitusiya dəyişikliyi barədə referendum aprelin 16-da keçiriləcək. Referendum qutularının yanında 10 siyasi partiyanın təmsilçisi müşahidə aparacaq deyən Sadi Güvən bildirib ki, seçici siyahısı fevralın 18-dək tamamlanacaq. Qeyd edək ki, bundan öncə Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş da referendumun böyük ehtimalla aprelin 16-da keçiriləcəyini bildirib. Xatırladaq ki, referendum qəbul olunacağı təqdirdə, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək. Qanun ümumilikdə Türkiyədə idarəetmə formasının dəyişdirilməsini və prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur.