Sosial şəbəkədə biz:

Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı açıqlandı

11 February 2017, 21:33
Gündəm
Azərbaycandan fevralın 2-də Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən 75 nəfər bu gün Vətənə qayıdıb. Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib. O bildirib ki, qrup üzvləri səhhətləri və digər məsələlərlə bağlı heç bir problemlə üzləşmədən ziyarətlərini başa vurublar. H.Babayevin sözlərinə görə, ziyarət üçün növbəti qrup mart ayının 10-dan sonra gedəcək. O qeyd edib ki, bu mövsüm Ümrə ziyarətinə artıq 200-dən çox zəvvar gedib.