Sosial şəbəkədə biz:

"Bakı-2015": kim neçə medal qazandı?

"Bakı-2015" I Avropa Oyunlarına yekun vurulub. Bu gün yarışların son 9 medal dəstinin sahibi müəyyənləşib.  Bununla da 17 gün ərzində 253 dəst mükafat üçün mübarizə aparan 50 ölkə təmsilçisinin yarışı sona çatıb. Son günü medalsız başa vuran Azərbaycan yığması ümumilikdə 2-ci yeri tutub. 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medala yiyələnən millimiz yalnız Rusiyadan geri qalıb. Şimal qonşularımız 79 dəfə çempionluq yaşayıb. 40 gümüş və 45 bürüncü də olan rusiyalılar 164 medala sahib çıxıb. İlk “üçlük”də Böyük Britaniya yığması da yer alıb. Almaniya 4-cü, Fransa 5-ci, İtaliya isə 6-cı yerlə kifayətlənib. 29 medal qazanan qonşu Türkiyə 14-cü pillədə qərarlaşıb. Ümumilikdə isə "Bakı-2015"-də 844 medalın sahibi bəlli olub. Eyni sayda - 253 qızıl və gümüşlə yanaşı 338 bürünc mükafat oynanılıb. Bunlara 50 iştirakçı ölkədən 42-nin idmançıları yiyələnib. Onlardan 31-i çempionluq qazanmağı bacarıb. Lüksemburq, Malta, Bosniya və Herseqovina, Andorra, Albaniya, İslandiya, Lixtenşteyn və Monako isə "Bakı-2015"-i medalsız tərk edib (apasport.az).


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol