Sosial şəbəkədə biz:

Azərbaycan Naxçıvandan Türkiyəyə ixrac üçün güzəşt əldə etmək istəyir

14 February 2017, 20:33
Gündəm
Azərbaycan Türkiyə ilə Naxçıvan Muxtar Respublikasında istehsal olunan malların tədarükü zamanı gömrük güzəştləri əldə etmək üçün danışıqlar aparır. Bu barədə Trend-ə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib. Nazir müavini qeyd edib ki, Türkiyədə, xüsusilə də aqrar məhsulların gətirilməsinə görə gömrük rüsumları çox yüksəkdir: "Biz Türkiyəyə ixracı genişləndirmək üçün danışıqlar aparırıq. Bu kontekstdə Naxçıvan MR-də istehsal olunan malların Türkiyəyə ixracına görə güzəşt əldə etmək istəyirik". S.Babayev bildirib ki, söhbət Türkiyəyə müxtəlif məhsullar, o cümlədən mineral suların tədarükündən gedir: "Azərbaycan danışıqların qısa müddətdə başa çatacağına ümid edir".