Sosial şəbəkədə biz:

Azərbaycanda 1036 qadın cinayət törədib

14 February 2017, 20:49
Gündəm
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ötən il Azərbaycanda cinayət törədən qadınların sayı 1036 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. "Ölkədə cinayət törədənlər arasında 14-17 yaşda olan uşaqların sayı isə 7 nəfər olub", - DSK-dan əlavə olunub. Həmçinin, ötən il qeydə alınan cinayətlərin 50,9 faizi iqtisadi sahədə, 26,4 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 17,4 faizi isə şəxsiyyət əleyhinə cinayətlər üzrə törədilib. (Report)